Modern.az

ABŞ-dan Krım açıqlaması: Bu, onların qərarıdır

ABŞ-dan Krım açıqlaması: Bu, onların qərarıdır

26 Yanvar 2023, 00:07

Tankların tədarükü Ukraynaya öz ərazisini azad etmək və Rusiya ordusunun gələcək hücumundan qorunmaq üçün nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmiləri bildirib.

 

Jurnalistlərin Krımın bu konsepsiyaya daxil olub-olmaması ilə bağlı sualına rəsmi olaraq belə cavab verilib:

 

"Krım Ukraynadır. Biz Krımın qeyri-qanuni ilhaqını heç vaxt tanımamışıq. Ukraynalılar hara hücum etmək istəyirlər və öz ərazilərində necə əməliyyat keçirmək istəyirlər? Bu, onların qərarıdır”.

 

Qeyd edək ki, bu gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!