Modern.az

Rusiyada erməni icmasının rəhbərinə cinayət işi açıldı

Rusiyada erməni icmasının rəhbərinə cinayət işi açıldı

26 Yanvar 2023, 08:36

Rusiyanın Yekaterinburq şəhərinin erməni icmasının başçısı Masis Nazaryana qaşrı cinayət işi başlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.

 

Bildirilib ki, bir neçə gün əvvəl Yekaterinburq şəhərinin erməni diasporunun nümayəndələri “Müqəddəs Karapet” kilsəsində Qarabağ ermənilərinə dəstək videosu çəkib yayıblar. Rusiya polisi Masis Nazaryanı hakimiyyət orqanlarını xəbərdar etmədən kütləvi tədbir keçirməkdə təqsirli bilib.

 

Qeyd edək ki, Masis Nazaryan 2003-cü ildən “Ani-Armeniya” erməni icması ictimai birliyinin sədridir. Qanunazidd hərəkətlərlə əlaqədar erməni diasporunun digər üzvü Elen Kirakosyana qaşı da inzibati iş açılıb. Lakin işin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir