Modern.az

Zelenski tankdan sonra qırıcı tələb edir

Zelenski tankdan sonra qırıcı tələb edir

Aktual

26 Yanvar 2023, 08:48

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-dan Kiyevə qırıcı təyyarələr göndərilməsini tələb edir.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatının saytında məlumat yerləşdirilib. 

 

“NATO-nun baş katibi Yens Stoltenberqlə danışdım. Artilleriya sahəsində əməkdaşlığımızı genişləndirmək bizim üçün vacibdir və Ukraynaya təyyarələrin tədarükünə nail olmalıyıq”, - Zelenski bildirib.

 

Məlumata görə, Ukrayna tərəfi Qərb tərəfdaşlarından əsasən F-16 qırıcılarının Kiyevə təhvil verilməsini gözləyir.

 

Qeyd edək ki, ötən gün Almaniya və ABŞ Rusiyanın işğalına qarşı mübarizə aparmaq üçün Ukraynaya döyüş tankları göndərməyə razılıq verib. ABŞ Prezidenti Co Bayden Ukraynaya 31 ədəd müasir "M1 Abrams" tankı, Almaniya kansleri Olaf Şolts isə 14 ədəd "Leopard 2" tankları göndəriləcəyini bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir