Modern.az

Sülhməramlıların daha 3 maşını Laçın yolundan keçdi

Sülhməramlıların daha 3 maşını Laçın yolundan keçdi

26 Yanvar 2023, 10:17

Rusiya sülhməramlılarına məxsus daha 3 avtomobil Laçın yolundan keçib.

 

Modern.az xəbər verir ki, avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb. Avtomobillər Xankəndidən Laçın istiqamətinə gedib.

 

Bu gün artıq 5 avtomobil Laçın yolundan keçib.

 

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

 

Qeyd edək ki, Qarabağda "Qızılbulaq" və "Dəmirli" faydalı qazıntı yataqlarının qanunsuz istismarı nəticəsində ətraf mühitə vurulmuş ziyanın monitorinqinin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin və fəallarının ötən il dekabr ayının 12-dən Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası 46 gündür davam edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi