Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-da - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin səfiri ADU-da - FOTO

Aktual

26 Yanvar 2023, 10:30

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi ilə görüşüb. Səfiri universitetdə görməkdən məmnun olduğunu deyən rektor, tələbələrin ərəb dilinə olan marağı haqqında danışıb, ərəb dilinin tədrisi istiqamətində yeni addımların atılacağını diqqətə çatdırıb.

 

Modern.az xəbər verir ki, görüşdə ADU-da Ərəb dili və mədəniyyəti mərkəzinin açılması istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, mərkəzin açılışından sonra əməkdaşlıq daha sıx və səmərəli olacaq, tələbələr üçün yeni perspektivlər açılacaq.

 

Fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşi dəvət üçün ADU-nun rektoruna təşəkkürünü bildirib, universitetdə ərəb dilinə olan marağı yüksək qiymətləndirib.

 

Diplomat iki ölkə arasında bütün istiqamətlərdə, o cümlədən, təhsil sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb, Ərəb dili və mədəniyyəti mərkəzinin açılması üçün bütün zəruri addımların atılacağını qeyd edib.

 

Sonra ADU-nun rektoru Kamal Abdulla fövqəladə və səlahiyyətli səfir Məhəmməd Əl Bluşini universitetin “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşə dəvət edib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir