Modern.az

Novruz Aslanov Draqana Koiçi ilə görüşdü - FOTO

Novruz Aslanov Draqana Koiçi ilə görüşdü - FOTO

Aktual

26 Yanvar 2023, 10:07

25 yanvar 2023-cü il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş qərargahında AzQAC rəhbərliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və  Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiçin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

 

Görüşü giriş sözü ilə açan Cəmiyyətin prezidenti qonaqları AzQAC-ın kollektivi, çoxsaylı könüllüləri və üzvləri adından salamlayıb. Görüşün əsas məqsədi iki təşkilat arasında əməkdaşlıq çərçivəsində aparılan işlərin, gələcəkdə planlaşdırılan fəaliyyətlərin müzakirəsi və sonda isə iki təşkilat arasında əməkdaşlıq memorandumunun imzalanması olub.

 

Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov illərdir davam edən qarşılıqlı əməkdaşlığın səmərəli olmasından məmnunluğunu və gələcəkdə də əməkdaşlığın davamlı olacağından əminliyini bildirib. Daha sonra iki tərəfli layihələrin uğurlu nəticələrindən söz açıb, hərəkatın bir hissəsi olaraq hər iki qurumun üzərinə düşən öhdəliklərin zamanında və yüksək səviyyədə yerinə yetirilməsinin önəmini vurğulayıb. Son olaraq cənab Novruz Aslanov bütün əməkdaşlıq çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Milli Cəmiyyətə olan dəstəyini təqdir edib.

 

Öz növbəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç qarşılıqlı əməkdaşlığın uğurla davam etməsindən məmnunluğunu vurğulayıb və gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyini qeyd edib. Xanım Koiç, 2022-ci ildə əməkdaşlıq çərçivəsində uğurlu layihələrin həyata keçirilməsindən söz açıb. Daha sonra xanım Koiç ikitərəfli fəaliyyətlərin 2023-cü ildə potensialının artırılacağını bildirib.

 

Görüşün sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanov və Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Draqana Koiç əməkdaşlıq memorandumunu imzalayıblar.

 

Novruz Aslanov Draqana Koiçi ilə görüşdü - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir