Modern.az

Qanunlar təkcə oxumuş insanlar üçün deyil - Deputat

Qanunlar təkcə oxumuş insanlar üçün deyil - Deputat

Aktual

26 Yanvar 2023, 11:46

“Əmlak məsələlərində qarışıq məqamlar var. Kim nə iş görürsə, araşdırılmalıdır. Keçən dəfə nazirliyin əməkdaşları da iclasda iştirak edirdi, amma hələ də qaldırılan məsələlər öz həllini tapmayıb”. 

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov bildirib.

 

“Qeyd edim ki, Abşeron, Suraxanı, Binəqədidə problemli torpaq məsələsi hələ həll olunmayıb. Bunların taleyi nə olacaq? İnsanların süründürülməsi düzgün deyil. Bu qanunlar nə üçündür? Qanunlar təkcə oxumuş insanlar üçün deyil, onları sadə insanlar da oxuyub, başa düşməlidir. Eyni zamanda qanunlar bir-birini təsdiq etməlidir. Digər tərəfdən torpaq islahatı hələ də bir çox rayonda öz həllini tapmayıb, insanlar incidilir. Bu məsələləri yekunlaşdırmaq lazımdır”,- deyə deputat bildirib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı