Modern.az

Dövlətin ayırdığı pul kəndliyə çatmır - Cavanşir Paşazadə

Dövlətin ayırdığı pul kəndliyə çatmır - Cavanşir Paşazadə

Aktual

26 Yanvar 2023, 12:18

“Kənd təsərrüfatı ilə məşğul olan insan savadsız ola bilər. Amma bildirim ki, dövlət tərəfindən ayrılan vəsait kəndliyə vaxtında çatmır”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Cavanşir Paşazadə bildirib.

 

“Dövlət tərəfindən ayrılan vəsait kəndliyə vaxtında verilmir. Sənədlər banka gedir, bank da kəndlini get-gələ salır. Ona görə də Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları bu məsələni aradan qaldırmalıdır. Yoxsa kəndlilərin problemləri həll olunmayacaq, onlara kömək etmək lazımdır”,- deyə deputat vurğulayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür