“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır

“DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır

Aktual

26 Yanvar 2023, 12:22

Yeni açılmış 5 saylı Bakı DOST Mərkəzində “DOST Mediasiya Məkanı” fəaliyyətə başlayır.

 

Modern.az xəbər verir ki, bu münasibətlə mərkəzdə mediasiya üçün ayrılmış məkanla tanışlıq və məlumatlandırma görüşündə mediasiya proseduru barədə ətraflı məlumat verilib, əmək mübahisələri üzrə müraciətlərin qəbul olunması, mediasiya sessiyalarının aparılması və s. proseslər izah olunub.

 

Xidmətlər DOST Agentliyi ilə Mediasiya Şurası arasında imzalanmış anlaşma memorandumuna uyğun olaraq həyata keçirilir. Bununla əlaqədar müvafiq istiqamət üzrə sosial agentlər üçün Mediasiya Şurası ilə birlikdə funksional təlimlər keçirilib. Vətəndaşlar bütün DOST mərkəzlərində həmin xidmətə müraciət edə biləcək.

 

Mediasiya mübahisələrin məhkəmədən kənar həlli üsuludur və mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı Qanunla müəyyən olunan prosesdir. Vətəndaşlar əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl DOST mərkəzlərində mediasiya sessiyasında iştirak edirlər.

 

Qeyd edək ki, 2020-ci ilin fevralından fəaliyyət göstərən Mediasiya Şurası bu sahədə tənzimləməni və nəzarəti həyata keçirir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu 2019-cu ildə qəbul edilib və 2021-ci il iyulun 1-dən tam olaraq qüvvəyə minib.

Twitter
Sizə yeni tvit var
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir