Modern.az

Vahid əkin qaydaları qəbul edilib

Vahid əkin qaydaları qəbul edilib

26 Yanvar 2023, 13:32

Artıq vahid sahə, əkin qaydaları qəbul edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Aqrar siyasət komitəsinin yanvarın 26-da keçirilən iclasında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev bildirib.

 

O qeyd edib ki, həmin qaydalar ölkə və regionlar üzrə mərhələli şəkildə tətbiq olunmağa başlanılıb. Belə ki, hər hansı regionda vahid sahə elan olunur, həmin vahid sahədə növbəli əkin və bitkilər müəyyən edilir. Artıq fermerlər həmin bitkiləri əkdikcə həm onların suvarılması, eyni zamanda, həyata keçiriləcək aqrotexniki qulluq, gübrə və digər problemlər öz həllini tapacaq. Bu da mərhələli şəkildə həyata keçiriləcək.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı