Modern.az

Tezliklə pandemiya sona çatacaq - İnfeksionist 

Tezliklə pandemiya sona çatacaq - İnfeksionist 

26 Yanvar 2023, 13:48

Hazırda Azərbaycanda koronavirusla bağlı epidemioloji durum qənaətbəxşdir.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

Onun sözlərinə görə, ölkəmizdə yeni yoluxma hallarının sayı minimaldır: "Qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur"

 

Həkim hesab edir ki, bu cür stabil vəziyyət, payız-qış mövsümündə pisləşmənin olmaması nikbinlik yaradır və tezliklə pandemiyanın sonlanacağı anlamına gəlməyə imkan verir.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər