Modern.az

İlham Əliyev onları təltif etdi - SİYAHI

İlham Əliyev onları təltif etdi - SİYAHI

26 Yanvar 2023, 13:52

Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasının bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Sərəncama əsasən Milli Aviasiya Akademiyasının 30 illiyi münasibətilə milli aviasiya kadrlarının hazırlanması sahəsində xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:

 

Dadaşov Fuad Həsən oğlu

Mahmudlu Firdovsi Ələddin oğlu.

 

Milli aviasiya kadrlarının yetişdirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:

 

“Əməkdar müəllim”

 

Abdullayev Pərviz Şahmurad oğlu

Məcidova Valentina Qurban qızı

 

“Əməkdar mühəndis”

 

Musayev Aydın Ərəstun oğlu

Nəbiyev Rasim Nəsib oğlu

Nizamov Telman İnayət oğlu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu