Modern.az

Əfqanıstan əhalisinin yarısı acdır

Əfqanıstan əhalisinin yarısı acdır

Aktual

27 Yanvar 2023, 08:40

Əfqanıstanda qida çatışmazlığının səviyyəsi indiyədək ən yüksək həddə çatıb. Ölkə əhalisinin demək olar ki, yarısı aclıqdan əziyyət çəkir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qida Agentliyinin Kabildəki nümayəndəsi Filip Kropf bildirib.

 

Onun sözlərinə görə, hazırda ölkədə hər iki nəfərdən biri qidalanma ilə bağlı problem yaşayır. 40 milyon əhalisi olan Əfqanıstanda 7 milyon uşaq və ana normal qidalana bilmir.

 

BMT rəsmisi 2021-ci ilin avqustunda "Taliban"ın hakimiyyəti ələ keçirməsinin milyonlarla insanı daha da yoxsullaşdırdığını deyib.

 

Hazırda Əfqanıstanın humanitar böhranın qarşısını almaq üçün heç bir resursu qalmayıb.

Sizə yeni x var
Keçid et
Gürcüstanda ARA QARIŞDI - Minlərlə insan küçələrə axışdı