Modern.az

İranda həlak olan Orxan Əsgərov əvvəl Rusiyada işləyib 

İranda həlak olan Orxan Əsgərov əvvəl Rusiyada işləyib 

Aktual

27 Yanvar 2023, 12:46

Azərbaycanın İrandakı səfirliyinə terror hücumu nəticəsində həlak olan mühafizə xidmətinin rəisi, baş leytenant Orxan Rizvan oğlu Əsgərov bundan əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb.


Modern.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin başsağlığında deyilir:


"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə edilmiş xain silahlı hücum nəticəsində qətlə yetirilmiş, vaxtilə ölkəmizin Moskvadakı diplomatik missiyasında da çalışmış Orxan Əsgərovun ailəsinə və
yaxınlarına, onun xidmət yoldaşlarına Səfir Polad Bülbüloğlunun və Səfirliyin kollektivi adından dərin hüznlə başsağlığı veririk. Yaralanan mühafizə əməkdaşlarına Allahdan tez bir zamanda şəfa diləyirik.

İnanırıq ki, bu vəhşi hücumu təşkil edən və törədənlər layiqli cəzalarını ən sərt şəkildə alacaqlar!

Allah rəhmət eləsin!".

Rəsmi məlumata görə, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Səfirliyinə hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Polis hücum edən şəxsi tutaraq istintaqa cəlb edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı