Modern.az

Orxan Əsgərov tanınmış həkimin oğlu imiş...

Orxan Əsgərov tanınmış həkimin oğlu imiş...

Aktual

27 Yanvar 2023, 14:34

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan baş leytenant Orxan Əsgərov tanınmış həkimin oğludur.

 

Modern.az xəbər verir ki, onun atası Rizvan Əsgərov Gəncə şəhər 1 saylı Pediatriya Xəstəxanasının baş həkimidir. 

 

O.Əsgərov ailəli olub və 2 övladı yadigar qalıb.

 

O daha əvvəl Azərbaycanın Moskvadakı diplomatik missiyasında da çalışıb.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!