Modern.az

Tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı

Tibb işçilərinin maaşına əlavənin müddəti uzadıldı

28 Yanvar 2023, 15:42

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılır.

 

Modern.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, bu müddət 2023-cü il martın 1-dək uzadılıb.

 

Qeyd edək ki, əvvəl bu müddət 2023-ci il yanvarın 1-nə kimi nəzərdə tutulmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi