Modern.az

Danışıqlarımız çox gözəl mühitdə keçdi - Misir lideri

Danışıqlarımız çox gözəl mühitdə keçdi - Misir lideri

Aktual

28 Yanvar 2023, 16:55

Danışıqlarımız çox gözəl və müsbət mühitdə keçib. İstərdim ki, ölkələrimiz arasında münasibətlərin inkişafı ilə bağlı səylərimizi daha da gücləndirək.

 

Modern.az xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında bildirib.

 

Müzakirələr zamanı Misir və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına dair razılıq əldə olunduğunu qeyd edən Prezident Əbdülfəttah Əs-Sisi deyib ki, bütün bunlar mövcud siyasi iradənin fonunda əlçatandır və inkişaf etdirilməsi mümkündür.

 

Əbdülfəttah Əs-Sisi Misirin əczaçılıq infrastrukturundan Azərbaycanın dərman ehtiyaclarının ödənilməsi üçün istifadə edilməsinə hazır olduqlarını bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir