Modern.az

Azərbaycanla imzalanan sazişlər vacibdir - SİSİ

Azərbaycanla imzalanan sazişlər vacibdir - SİSİ

28 Yanvar 2023, 17:30

Bakıda keçirdiyimiz görüşlərdə Misirin xarici investorlar qarşısında mövcud maneələrin aradan qaldırılması, onlar üçün şəraitin yaradılması və hüquqi prosedurların daha da asanlaşdırılması istiqamətində görülən tədbirlər barədə danışdıq.

 

Modern.az xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah Əs-Sisi mətbuata bəyanatında deyib.

 

“Misirin Afrika qitəsinə qapı rolunu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq. Eyni zamanda, Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa hava əlaqəsinin olmasını xüsusi qeyd edərək, iki ölkə arasında birbaşa reyslərin sayının çoxaldılmasının vacibliyini, bunun iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımıza töhfə verəcəyini bildirdim”, - deyə Prezident Əbdülfəttah Əs-Sisi vurğulayıb.

 

O qeyd edib ki, Misir Azərbaycan ilə Ərəb Dövlətləri Liqası arasında da əlaqələrin inkişafını dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı