Modern.az

“Bu, dövlətimizə qarşı olan qəsddir” - Prezidentin köməkçisi 

“Bu, dövlətimizə qarşı olan qəsddir” - Prezidentin köməkçisi 

Aktual

30 Yanvar 2023, 18:30

“Bu, bizim dövlətimizə qarşı olan qəsddir”.

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev Azərbaycanın İrandakı səfirliyində törədilmiş terror aktından danışarkən deyib.

 

“Azərbaycan xalqı bunu unutmayacaq. Orada zərəçəkənlərin hamısı dövlətin nəzarətindədir. Allah onların ailələrinə səbr versin. Hesab edirəm ki, dünya da bu işə öz qiymətini verəcək və qəsdi pisləyəcək. Hələlik araşdırmalar gedir, vaxt lazımdır”, - deyə Prezidentin köməkçisi vurğulayıb.

 

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə