Modern.az

100-dən çox bloqer və jurnalist bir arada - FOTO

100-dən çox bloqer və jurnalist bir arada - FOTO

30 Yanvar 2023, 23:02

Yanvarın 30-da "Yeni trendlər və gənclər" bloqer və jurnalistlərin Birinci Forumu keçirilib.

 

Modern.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan forumda müxtəlif sahələr üzrə məşhur olan 100-dən çox bloqer və jurnalist iştirak edib.

 

Forum dövlət himnimizin səsləndirilməsi və Vətən müharibəsi Şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov forumun işinə uğurlar arzulayıb.

 

Tədbirdə müxtəlif istiqamətlər üzrə sosial media mövzusunda mövcud vəziyyət müzakirə edilib, təkliflər dinlənilib. Maraqlı ideya və təkliflərlə çıxış edən bloqerlər və jurnalistlər onları narahat edən məsələlər haqqında məlumat veriblər.

 

Forumda nazir müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov və nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev iştirak ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi