Modern.az

“Kişi” kimi yaşayan 85 yaşlı nənə... - VİDEO

“Kişi” kimi yaşayan 85 yaşlı nənə... - VİDEO

31 Yanvar 2023, 00:44

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.

 

Modern.az ATV-yə istinadən xəbər verir ki, adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.

 

Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.

 

8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi hazır olanda maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.

 

Ətraflı videoda:

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!