Modern.az

Əmək pensiyalarının artırılması TƏSDİQLƏNDİ

Əmək pensiyalarının artırılması TƏSDİQLƏNDİ

Aktual

1 Fevral 2023, 12:57

Milli Məclis minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı qanun layihəsini təsdiqləyib.

 

Modern.az xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb və birinci oxunuşda qəbul edilib. 

 

Qeyd edək ki, dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.  Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minəcək. Artım təxminən 100 min pensiyaçını əhatə edəcək.

 

Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı