Modern.az

Türkiyənin Gəncədəki  yeni Baş konsulu GDU-də olub

Türkiyənin Gəncədəki  yeni Baş konsulu GDU-də olub

1 Fevral 2023, 14:56

Türkiyə Respublikasının Gəncəyə  yeni təyin olunan Baş konsulu Recep Öztop Gəncə Dövlət Universitetində olub.

 

Modern.az öncə universitet rəhbərliyi ilə birgə şəhidlərin əziz xatirəsinə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstələri qoyulub.

 

Daha sonra keçirilən görüşdə rektor Yusif Yusibov Baş konsul Recep Öztopu salamlayaraq onu Gəncəyə yeni təyinatı ilə bağlı təbrik edib, iki ölkə arasındakı qardaşlıq münasibətlərindən ətraflı danışıb.  Qeyd edib ki, hər zaman həmrəylik nümayiş etdirən Azərbaycan və Türkiyə dövlətləri arasındakı əlaqələr tarixi köklərə və qardaşlığa söykənir.

 

Görüşdə Rektor Yusif Yusibov universitetdə həyata keçirilən islahatlar, tələbələrin təhsil almaları üçün yaradılan şərait, universitetin beynəlxalq əlaqələri haqqında ətraflı  məlumat verib. Qardaş ölkə universitetləri ilə elm-təhsil sahəsində həyata keçirilən layihələr və tələbə-müəllim mübadiləsinin əhəmiyyətindən bəhs edib.

 

Rektor Yusif Yusibov onu da qeyd edib ki, yaxın zamanlarda Gəncə Dövlət Universiteti ilə Dokuz Eylül Universiteti arasında imzalanmış ikili diplom proqramı çərçivəsində  beynəlxalq akkreditasiyadan keçmiş ixtisaslar üzrə mütəxəssis hazırlığına başlanılacaq.

 

Universitet rəhbərliyinə təşəkkürünü bildirən  Baş konsul Recep Öztop Türkiyə universitetləri ilə  əməkdaşlıq əlaqələrini  müsbət dəyərləndirib, münasibətlərin bundan sonra daha da yüksək səviyyəyə çatması üçün səy göstəriləcəyini vurğulayıb.

 

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər