Modern.az

Neftçalanın icra başçısı gənclərlə görüşdü - FOTO

Neftçalanın icra başçısı gənclərlə görüşdü - FOTO

1 Fevral 2023, 21:18

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü ilə əlaqədar “Ümummilli Lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda neftçalalı gənclərlə dəyirmimasada geniş görüş keçirib.

 

Modern.az xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, Gənclər və İdman İdarəsinin, GİKM-nin yerli nümayəndəliyinin məsul şəxsləri, ictimai fəallığı ilə seçilən gənclər, Vətən müharibəsi iştirakçıları, müəllimlər və tələbələr iştirak edib.

 

İlk öncə Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub.

 

Görüşdə çıxış edənlər Ulu Öndərin gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab etməsindən, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirilməsindən, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verilməsindən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirməsindən danışıblar. Hələ ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-in aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilməsi haqqında görüş iştirakçılarını məlumatlandırıblar.

 

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günün yaranması haqqında danışıb və bu günün Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hər il 2 fevral Azərbaycan Gəncləri günü kimi qeyd edilir. Rİ-in başçısı Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, ölkə miqyasında aparılan gəncləşmə siyasətindən və gənclərin daha səmərəli inkişaf etməsi üçün yaradılan şəraitdən, təhsil sahəsinə göstərilən diqqətdən, Rayonda aparılan yenidən qurma, abadlıq quruculuq və 44 Günlük Vətən müharibəsindəki qələbəmizdən danışıb.

 

Görüşdə gənclər açıq mikrofon vasitəsilə icra başçısına öz istək və təkliflərini bildiriblər. Gənclər tərəfindən xarici dil kurslarının təşkil edilməsi, gənc fotoqraflar üçün fotostudiyanın yaradılması, gənclərə peşə seçimində dəstək məqsədilə təlimlərin keçirilməsi, onların asudə vaxtının səmərəli keçirilməsi üçün məkanların təşkil edilməsi, eləcə də sosialyönümlü təkliflər səsləndirilib. Qeyd olunan məsələlər gənclərlə müzakirə olunub və həlli istiqamətində qanunamüvafiq addımların atılacağı diqqətə çatdırılıb.

 

Çıxış edən gənclər dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.

 

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Gənclər günü münasibəti ilə gəncləri təbrik edib və onlara uğurlar arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...