Modern.az

Rusiya Qərbin tanklarını vuran hərbçilərə 5 milyon verəcək

Rusiya Qərbin tanklarını vuran hərbçilərə 5 milyon verəcək

1 Fevral 2023, 22:27

Rusiya Qərbin Ukraynaya verdiyi "Abrams" və ya "Leopard 2" tipli tankları vuran hərbçilərə mükafat verəcək.

 

Modern.az xəbər verir ki, 5 milyon rubl (təxminən 72 min dollar) mükafatı Rusiyanın FORES şirkəti təqdim edəcək.

 

Kreml şirkətin təşəbbüsünü dəstəkləyib. Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, rus hərbçiləri Qərbin Kiyevə tədarük edəcəyi bütün tankları məhv edəcək, lakin mükafat əsgərlər üçün əlavə stimul rolunu oynayacaq.

 

Qeyd edək ki, ABŞ "Abrams", Almaniya "Leopard 2" tanklarını Ukraynaya göndərməyə qərar verib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır