Modern.az

Nüvə silahı ilə bağlı vəziyyətə nəzarət edirik - Kreml

Nüvə silahı ilə bağlı vəziyyətə nəzarət edirik - Kreml

2 Fevral 2023, 13:38

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov Ukraynadakı müharibənin ildönümü ilə bağlı fevralın 24-də tədbirlərin keçiriləcəyi haqda iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında müharibənin başlamasının ildönümünə dair hər hansı rəsmi tədbirin planlaşdırıldığını eşitmədiyini söyləyib.

 

O, həmçinin Rusiyanın güclü olduğunu bildirib.

 

"Rusiya Federasiyası güclüdür və nüvə silahları ilə bağlı vəziyyətə nəzarət edir", - Kremlin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi