Modern.az

Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı dinləmə boykot edildi

Ermənistan parlamentində “Laçın dəhlizi” ilə bağlı dinləmə boykot edildi

3 Fevral 2023, 12:18

Fevralın 3-də Ermənistan parlamentində “Laçın dəhlizi”nin bağlanması ilə bağlı dinləmələr keçirilir. Dinləmələr parlament müxalifətinin - “Hayastan” fraksiyasının təşəbbüsü ilə çağırılıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hakim “Mülki müqavilə” partiyasının parlamentdəki fraksiyası bu dinləmələri boykot edib.

Dinləmələrdə çıxış edən fraksiya rəhbəri, eks-müdafiə naziri Seyran Ohanyan bildirib ki, Ermənistan təkcə dünya güclərinin deyil, həm də ölkə hakimiyyətinin hərəkətləri nəticəsində güc mərkəzləri arasında maraqların toqquşması qovşağındadır.

Ohanyan xatırladıb ki, müxalifət hələ dekabrda parlamentin növbədənkənar iclasını çağırıb.

O zaman “Laçın d
əhlizi”nin ilə bağlı bəyanatın qəbul edilməsi və Azərbaycanın hərəkətlərinin pislənməsi nəzərdə tutulurdu, lakin hakimiyyətin “Mülki müqavilə” fraksiyası bunu qəbul etməyib.


Digər müxalif deputat Andranik Tevanyan qeyd edib ki, Qarabağ məsələsində müxalifətlə iqtidar arasında ciddi fikir ayrılıqları var.

Hakimiyy
ət hesab edir ki, Qarabağın öz müqəddəratını təyinetmə məsələsi Ermənistanın siyasi gündəminəşməməli və öz öhdəliklərindən imtina etməlidir.

O buna görə iqtidarı tənqid edib. Deputat vurğ
ulayıb ki, hakimiyyət Ermənistanın və Qarabağın mövcudluğunu alver predmetinə çevirib. Üstəlik, Qərblə Rusiya arasında geosiyasi münaqişə kontekstində Rusiya Federasiyasının strateji müttəfiqi olan Ermənistanın Qərb koalisiyasına qoşulması onun mövqeyini daha da ağırlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər