Modern.az

İranda qadınlar yenidən futbol stadionlarına buraxılacaq

İranda qadınlar yenidən futbol stadionlarına buraxılacaq

3 Fevral 2023, 13:02

İran Futbol Federasiyasının sədr müavini Mənsur Qənbərzadə qadınların futbol matçını izləmək üçün stadionlara buraxılacağını bildirib.

Modern.az İran KİV-lərinə istinadən xəbər verir ki, Mənsur Qənbərzadənin sözlərinə görə, bu həftə ölkə Premyer Liqasının oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

“Qadınların stadionlarda olması onların haqqıdır, bu FİFA və Asiya Futbol Konfederasiyasının tələbidir", - Mənsur Qənbərzadə deyib.

Federasiya rəsmisinin sözlərinə görə, iranlı qadınlar əvvəllər bir neçə liqa oyununda stadionlarda olublar.

Ölkənin Futbol Federasiyası bu məsələni alqışlayır və bu məsələyə müsbət rəy verir.

O bu tələbi yaxın vaxtlarda həyata keçirəcəyinə söz verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi