Modern.az

Ramin Bayramlı 5 aydan sonra göründü - FOTOLAR

Ramin Bayramlı 5 aydan sonra göründü - FOTOLAR

Aktual

3 Fevral 2023, 13:08

TƏBİB-in İdarə heyətinin keçmiş sədri Ramin Bayramlı uzun müddətdən sonra ilk dəfə ictimai tədbirdə görünüb.

Modern.az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, Ramin Bayramlı hazırda fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) Mikrobiologiya və İmmunologiya kafedrasının dosenti vəzifəsində davam edir.

O, yanvarın 27-də ATU-nun professoru Arif Əfəndiyevin 80 illik yubileyi münasibətilə keçirilən konfransda iştirak edib. 


Eyni zamanda tədbirdə yubilyara Ramin Bayramlı tərəfindən hədiyyə təqdim olunub.

Xatırladaq ki, R.Bayramlı 2021-ci ilin sentyabrın 12-də öz ərizəsi ilə TƏBİB-in sədri vəzifəsindən azad olunub. Bu, həmin tarixdən sonra R.Bayramlının mediada yayımlanan ilk fotolarıdır.

 



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı