Modern.az

“Biz Azərbaycanın köhnə dostlarıyıq” - Macarıstanlı nazir

“Biz Azərbaycanın köhnə dostlarıyıq” - Macarıstanlı nazir

3 Fevral 2023, 13:56

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və hazırda Bakıda səfərdə olan Macarıstanın ticarət və xarici işlər naziri Peter Siyarto arasında görüş keçirilib.

 

Modern.az xəbər verir ki bu barədə Macarıstan XİN başçısı sosial şəbəkə hesabında yazıb.

 

Nazir bildirib ki, onlar Azərbaycanın təbii qazının tez bir zamanda Macarıstan bazarına çıxarmaq niyyətindədir:

 

“Biz Azərbaycanın köhnə dostlarıyıq, bu səbəbdən bir-birimizi yaxşı tanıdığımza görə qarşılıqlı hörmət mövcuddur. Bir həftə əvvəl Budapeştdə həmkarım Ceyhun Bayramovla görüşdük və ölkələrimiz arasında əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəldik. İndi Bakıda birgə işimizi davam etdirmək niyyətindəyik".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir