Modern.az

Mağazalardan oğurluq edən qadın saxlanıldı - FOTO

Mağazalardan oğurluq edən qadın saxlanıldı - FOTO

3 Fevral 2023, 14:26

Paytaxtın müxtəlif rayonlarında mağazalardan oğurluq etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılan 1990-cı il təvəllüdlü Səbinə Ağayeva mağazalara daxil olaraq satıcıların fikrini müxtəlif formalarda yayındıraraq çoxsaylı oğurluq əməlləri törətməkdə şübhəli bilinir.

 

Onun cinayətkar əməllərindən zərər çəkən başqa şəxslər varsa polisə məlumat vermələri tövsiyə olunur.

 

Araşadırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər