Naxçıvanda oğurluq edən 4 nəfər saxlanıldı

Naxçıvanda oğurluq edən 4 nəfər saxlanıldı

3 Fevral 2023, 13:37

Şahbuzda oğurluq hadisəsi olub.

 

Modern.az xəbər verir ki, fevralın 2-də Şahbuz rayonu ərazisində yerləşən şirkətlərdən birinin anbarından 8 ədəd soyuducu mühərrikinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

 

Şahbuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Badamlı kənd sakinləri Ramiz Səfərov, Nuran Əsgərov, Çingiz Abbasov və Naxçıvan şəhər sakini Xəyal Musayev müəyyən olunaraq saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq