Modern.az

4 ölkə ilə birgə İşçi Qrupu yaradıldı

4 ölkə ilə birgə İşçi Qrupu yaradıldı

3 Fevral 2023, 15:22

Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupu yaradılıb.

 

Modern.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto "Facebook"da bildirib.

 

"Bu gün biz Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan İşçi Qrupunu yaratdıq və ona vahid texniki-iqtisadi əsaslandırmanın hazırlanmasını tapşırdıq. Genişmiqyaslı plan yaşıl elektrik enerjisini Azərbaycan, Gürcüstan və Rumıniya vasitəsilə Macarıstana çatdıracaq iki mühüm məqsədə nail olmağa kömək edəcək. Bu sərmayə ilə biz bir tərəfdən enerji təhlükəsizliyimizi daha da yaxşılaşdıracaq, digər tərəfdən isə iqlimin qorunması hədəflərimizə çatmağa daha da yaxınlaşacağıq",- deyə nazir vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir