Modern.az

Soğan gömrük rüsumundan azad edildi

Soğan gömrük rüsumundan azad edildi

3 Fevral 2023, 15:46

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) idxal gömrük rüsumundan azad edilib.

 

Modern.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.

 

Ölkəyə idxal olunan soğan mayın 1-dək gömrük rüsumundan azad olunub.

 

Nazirlər Kabinetinin digər qərarı ilə baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) faraş soğan istisna olmaqla) “Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması müvəqqəti olaraq tənzimlənən malların Siyahısı”na daxil edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir