Modern.az

Goranboy hesabat iclası keçirilib - FOTOLAR

Goranboy hesabat iclası keçirilib - FOTOLAR

3 Fevral 2023, 14:42

Goranboy şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə illik hesabat iclası keçirilib.

 

“2022-ci ildə görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr” ilə bağlı, inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən əvvəldən müəyyən edilmiş müvafiq Qrafikə uyğun olaraq, Goranboy şəhər  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat iclası keçirildi.

 

Hesabat iclasında rayon İcra Hakimiyyətinin Başçısı, rayonun digər rəhbər şəxsləri, yerli icra nümayəndəsi və bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Hesabatda 2022-ci il ərzində Ölkəmizin və rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə məruzə edilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və yerli bələdiyyənin illik hesabatları dinlənildikdən sonra hesabat ətrafında geniş müzakirələr aparıldı, yerli sakinlərin problem və təklifləri dinlənildi və ərazidə həlli vacib məsələlərlə bağlı, rayon İcra Hakimiyyəti Başçısı qarşısında təkliflərlə çıxış edilməsi məqsədəmüvafiq hesab edildi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı