Modern.az

Deputat Misir mətbuatında Azərbaycandan yazdı

Deputat Misir mətbuatında Azərbaycandan yazdı

3 Fevral 2023, 15:32

Milli Məclisin deputatı Ceyhun Məmmədovun Misir mətbuatında Azərbaycan-Misir əlaqələrindən bəhs edən yazısı dərc olunub.

Modern.az-ın məlumatına görə, məqalədə Azərbaycanla Misir arasında əlaqələrin dərin tarixi köklərə söykəndiyi qeyd olunub. Müəllifi bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra iki ölkə arasında əlaqələr yeni mərhələyə daxil oldu. Azərbaycanın Misirdə, Misirin Azərbaycanda səfirliyi fəaliyyətə başladı.

Deputat məqalədə Prezident İlham Əliyev Qahirəyə 2007-ci il mayın 6-8-dəki rəsmi səfərində də toxunub. Səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdihyi vurğulanıb.

“Bu gün iki dost ölkə Misirlə Azərbaycan bir çox beynəlxalq təşkilatlar, o cümlədə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində sıx əməkdaşlıq edir. Misir torpaqlarımızın Ermənistan tərəfindən işğalı dövründə ölkəmizin ərazi bütövlüyünü dəstəkləyib, həmçinin İƏT-in Ermənistanın işğalçı siyasətini pisləyən qərarlarına qoşulub. 1994-cü ilin aprelində rəsmi Qahirə BMT-nin Cenevrədəki İnsan hüquqları Komissiyasının 52-ci sessiyasında Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyini dəstəkləyib”.

Məqalədə qeyd olunur ki, Misir ölkəmizdə keçirilən irimiqyaslı beynəlxalq tədbirlərdə də fəal iştirak edib. Hələ 2007-ci ilin aprelində Misirin nümayəndə heyəti Bakıda keçirilmiş “Dözümlülük və qarşılıqlı anlaşmanın inkişafında kütləvi informasiya vasitələrinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb. Eyni zamanda, Misirin nümayəndə heyətləri 2008-ci ilin iyununda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Heydər Əliyev Fondunun təşəbbüsü, UNESCO və ICESCO-nun dəstəyi ilə keçirilmiş Beynəlxalq Forumda, 2011-ci ilin aprelində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda, Bakı Beynəlxalq Humanitar Forumunda, ötən il ən yüksək səviyyədə təşkil olunmuş Qoşulmama Hərəkatının XVIII Zirvə Toplantısında da fəal iştirak edib.

Məqalədə qeyd olunur ki, iqtisadi əməkdaşlıqdan da bəhs olunub.

Məqalədə həmçinin vurğulanır ki, son 24 ildə Misirin Azərbaycana ixracının həcmi 21,7 faiz artaraq 10 milyard dollara çatıb. Eyni zamanda, Süveyş Kanalı Azad İqtisadi Zonası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında əməkdaşlıq, kiçik və orta sahibkarların əlaqələrinin möhkəmləndirilməsi də nəzərdə tutulur.

Məqalənin sonunda qeyd olunur ki, Misir Prezidentinin ölkəmizə son səfəri, yüksək səviyyəli müzakirələr iki dost ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir