Modern.az

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

Bakıda polis rəisinin qardaşı ofisə basqın edib

3 Fevral 2023, 16:56

Bakının Nərimanov rayonunda yerləşən ofisə basqın edilib.

 

Modern.az xəbər verir ki, şəhər sakini Samir Qarayev idmançı dostu ilə birlikdə Əhməd Rəcəbli küçəsində yerləşən ofisə gələrək obyekt sahibi Musa Allahverdiyevi döyüb.

 

Ağır xəsarət alan Musa Allahverdiyev xəstəxanaya yerləşdirilib.

 

DİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, ofisə basqın edənlər saxlanılıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

 

Məlumata görə, saxlanılan Samir Qarayev Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi, polkovnik-leytenant Seymur Qarayevin qardaşıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi