Modern.az

Azad edilmiş ərazilərə nəcib marallar buraxılacaq

Azad edilmiş ərazilərə nəcib marallar buraxılacaq

3 Fevral 2023, 17:28

Naxçıvandan bezoar keçilərinin gətirilərək azad edilmiş ərazilərə buraxılması nəzərdə tutulub. Buraxılacaq ərazilər sırasında Şuşa, Kəlbəcər və Laçın yer alıb. Həmin üç ərazidən birində bezoar keçilərinin biraxılması planlaşdırılıb. Naxçıvanda onu tutmaq üçün xüsusi qəfəslər hazırlanıb. Daşınma məsələsi hələ ki, tam dəqiqləşməyib, ya hava ya da quru yolla gətiriləcək. Təxminən mart ayına prosesin həyata keçirilməsi nəzərdə tutulub.

 

Modern.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

 

F.Əliyevin sözlərinə görə, bundan əlavə, nəcib maralların Zaqatala və İlisu dövlət təbiət qoruqlarından götürülərək bir müddət Şahdağ Milli Parkından saxlanıldıqdan sonra təbiətə buraxılması da planlaşdırılıb. Nəcib maralların da işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Kəlbəcər və Laçında təbiətə buraxılması nəzərdə tutulub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir