Nazirlər birgə layihələri müzakirə etdilər

Nazirlər birgə layihələri müzakirə etdilər

3 Fevral 2023, 18:38

Azərbaycan və Macarıstan investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

 

"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə ölkələrimizin ikitərəfli münasibətlərinə töhfə verən təşəbbüslərin əhəmiyyətini vurğuladıq, investisiyaların və ticarət əlaqələrinin təşviqi, birgə layihələrin reallaşdırılması imkanlarını müzakirə etdik", - deyə M.Cabbarov qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq