Baş katib “Quran”ın yandırılmasını pislədi

Baş katib “Quran”ın yandırılmasını pislədi

3 Fevral 2023, 23:14

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömürəliyev İsveç və Danimarkada müqəddəs "Quran" kitabının yandırılmasını qınayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, bu çirkin əməl ən kəskin şəkildə pislənilir.

 

Qeyd edək ki, son günlər bir sıra Avropa ölkələrində, o cümlədən İsveç və Danimarkada müqəddəs "Qurani-Kərim" kitabı yandırılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu hadisə Rusiya və İranın dağılmasına səbəb olacaq