Modern.az

Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib

Daha bir əcnəbi Ermənistan prezidentini məhkəməyə verib

Aktual

4 Fevral 2023, 09:30

Ermənistanda məskunlaşan daha bir əcnəbi ölkə prezidenti Vahaqn Xaçatryanı məhkəməyə verib.
 

Modern.az xəbər verir ki, Tailanddan olan Məhəmməd Mehdi Mukarmea İrəvan məhkəməsinə təqdim etdiyi iddia ərizəsində Vahaqn Xaçatryanın ona Ermənistan vətəndaşlığı verməməsindən şikayətlənib.

Qeyd edək ki, Ermənistan KİV-ləri dünən məlumat yaymışdılar ki, Tailanddan olan digər mühacir Kaçaçat Bundi də Vahaqn Xaçatryanı ona vətəndaşlıq vermədiyinə görə məhkəməyə şikayət edib.

İrəvan Məhkəməsi hər iki işi icraata götürüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu