Modern.az

Sülhməramlıların 14 maşını Laçın yolundan maneəsiz keçib - YENİLƏNİB

Sülhməramlıların 14 maşını Laçın yolundan maneəsiz keçib - YENİLƏNİB

4 Fevral 2023, 13:48

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Modern.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus 13 təminat-təchizat və 1 minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.
 

***
Laçın yolunda etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar fevralın 4-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Ermənistan istiqamətinə maneəsiz keçidinə növbəti dəfə şərait yaradıblar.

Modern.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus 7 minik və yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu gün səhər Rusiya sülhməramlılarına məxsus avtomobillər də Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə maneəsiz hərəkət edib. Belə ki, Xankəndidən Laçın istiqamətində hərəkət edən Rusiya sülhməramlılarına məxsus iki təminat və bir yük avtomobili aksiya ərazisindən maneəsiz keçib.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Xatırladaq ki, azərbaycanlı ekofəallar ötən il dekabrın 12-dən  Laçın yolunda Qarabağın dağlıq hissəsindəki faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz əlaməti olaraq aksiyaya başlayıblar.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir