Modern.az

“Azərbaycan 30 il əvvəlki ölkə deyil” - Şamil Ayrım

“Azərbaycan 30 il əvvəlki ölkə deyil” - Şamil Ayrım

Aktual

4 Fevral 2023, 18:25

Azərbaycan Qarabağ məsələsində Qələbə qazandı, haqq-ədaləti bərpa etdi. Qərbi Azərbaycana qayıdış məsələsində də ədalət bərpa olunacaq.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin üzvü Şamil Ayrım Qərbi Azərbaycan İcmasında görüşdən əvvəl jurnalistlərə açıqlamasında deyib.

 

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gündən-günə möhkəmləndiyini söyləyən türkiyəli parlamentari iki ölkənin dövlət başçıları və xalqları arasında birliyin bütün dünyaya örnək ola biləcəyini bildirib.

 

“Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil, güclü bir Azərbaycan mövcuddur. Bu gün qardaş Azərbaycanın yanında Türkiyə var. Şuşa Bəyannaməsi bizim üçün yol xəritəsidir. Bu yol xəritəsinə uyğun olaraq işlərimizi davam etdiririk”, - deyə Ş.Ayrım qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü