Modern.az

Laçın yolundan rusların neçə maşını keçib?

Laçın yolundan rusların neçə maşını keçib?

5 Fevral 2023, 00:36

Rusiya sülhməramlılarına, həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edir.

 

Modern.az xəbər verir ki, fevralın 4-də Xankəndidən Laçına və əks istiqamətdə Rusiya sülhməramlılarına məxsus 32 təminat-təchizat və minik avtomobili maneəsiz keçib.

 

Bundan əlavə, BQXK-yə məxsus 7 minik və 1 yük avtomobil səhər saatlarında Xankəndidən Laçın istiqamətinə gedib. Günorta saatlarında isə həmin nəqliyyat vasitələri geri dönüb.

 

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

 

Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir