Modern.az

Ukraynaya ilk “Leopard” tankı göndərildi

Ukraynaya ilk “Leopard” tankı göndərildi

5 Fevral 2023, 09:03

Kiyevə vəd edilən dörd ədəd “Leopard 2” tankından birincisi Kanadadan Ukraynaya göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Anita Anand tviter səhifəsində yazıb.

 

O qeyd edib ki, texnika Kanada Hərbi Hava Qüvvələrinə məxsus təyyarədə Halifaksdan (Yeni Şotlandiya əyaləti) havaya qalxıb.

 

Kanada ordusunda 112 ədəd “Leopard” tankı var ki, onlardan 82-si döyüş maşını, qalanları isə təlim üçündür. Dörd döyüş tankını Ottava Kiyevə göndərəcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir