"New Diaspora of Azerbaijan" feysbuk səhifəsində tektonik silahın dünyadakı ilk ixtiraçısı olmuş İkram Kərimovla bağlı maraqlı məlumatlar paylaşılıb.
Modern.az həmin informasiyanı təqdim edir
- İkram Kərimov Ağdam rayonunda anadan olub. İlk tektonik silahın yaradıcısı, zəlzələşünas alim kimi məşhurdur. Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti nəzdində Seysmologiya Elmi Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri doktoru, professordur. İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri, mətbuatı tərəfindən gizli saxlanılır. Barəsində, kiçik istisnalarla, məlumat əldə etmək olduqca çətindir. Hazırda adı dünyanın elm sahəsində qızıl onluqdakı alimlərin adları arasındadır.
Professor dərəcəsi alan Kərimovun 1968-ci ildə "Merkuri-18" məxfi proqramı (kod: NİR № 2M 08614 PM) Qırğızıstanın Batken şəhərindən 50 kilometr məsafədə yerləşən poliqonda işə başlayıb və dünyanın ilk tektonik silahını ixtira edib.
Sonralar “Soverşenno sekretno” qəzeti yazırdı:
"1970-ci illərin sonlarında azərbaycanlı alim İkram Kərimov və onun rəhbərlik etdiyi elmi-tədqiqat qrupu zəlzələlərdən öncə yüksək tezliklərdə baş verən anormal dəyişikliklərə diqqət yetirdilər. Əvvəllər belə zəlzələ xəbərçilərini yalnız xüsusi rəqəmsal aparatların köməyi ilə müəyyən etmək olurdu. Amma Kərimov və onun qrupu yeni elmi metodla adıçəkilən cihazlara ehtiyac olmadan öncədən zəlzələ əlamətlərini müəyyən etmişdilər".
Bir neçə il ardıcıl olaraq keçirilən sınaqlardan sonra SSRİ Kəşflər və İxtiralar Komitəsi Kərimovun yeni metoduna patent verərək, onu qeydə aldı. Bu kəşf məhz SSRİ Müdafiə Nazirliyi tərəfindən "Merkuri" kodu adı altında həyata keçirilən geofiziki (tektonik) silahın hazırlanmasında istifadə edilməyə başlayır. SSRİ Nazirlər Kabinetinin 1384-345 nömrəli qərarı ilə 30 noyabr 1987-ci ildə İkram Kərimova böyük səlahiyyət verilir.
1995-ci ilə qədər öz qrupu ilə Azərbaycanda qalır. Dünyanın müxtəlif bölgələrinə səpələnən rus kəşfiyyatındakı sızmadan sonra Kərimovun evinə basqın edən Amerika kəşfiyyatı bütün tədqiqatların surətini oğurlamağa nail olur. Bu hadisədən sonra Kərimov öz qrup üzvlərini ancaq Cənubi Afrika Respublikasında təhlükəsiz yaşayacağına dair təminat alır. Amerikalılar isə əldə etdikləri araşdırmalar əsasında 1990-cı illərdə, Alyaskada HAARP seysmik stansiyasını qurub ordan təbii iqlimə müdaxilələrə başlayırlar.
Maraqlısı odur ki, ermənilər Spitakda 1988-ci ildə baş verən zəlzələdə onu ittiham edirdilər. Onlar hesab edirdilər ki, Kərimov silahı Ermənistan üzərində sınayıb və ermənilərdən qisas alıb.
İkram Kərimovun adı bu günə qədər Rusiya arxivləri tərəfindən gizli saxlanılır və onun barəsində məlumatları əldə etmək olduqca çətindir.