Modern.az

XİN-dən dağıntı altında qalan 4 tələbə ilə bağlı yeni AÇIQLAMA

XİN-dən dağıntı altında qalan 4 tələbə ilə bağlı yeni AÇIQLAMA

Aktual

7 Fevral 2023, 11:19

Türkiyənin Malatya şəhərində binanın uçması nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə ilə bağlı araşdırma gedir.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

 

"Hazırda ümumən təhsil alan tələbələrin vəziyyəti ilə bağlı məlumatlar toplanır, eyni zamanda, dörd tələbə ilə bağlı araşdırma aparılır, hər hansı təsdiqləmə yoxdur. Daha sonra ictimaiyyətə məlumat veriləcək",- deyə XİN rəsmisi vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Türkiyənin Malatya şəhərində zəlzələ nəticəsində dağıntılar altında qalan 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadənin xilas edilməsi barədə məlumatlar yayılıb. Lakin adları çəkilən tələbələrin harada olmasına dair xəbər verilməyib. Azərbaycanın Türkiyədəki Səfirliyi adları çəkilən tələbələrin xilas edilməsi barədə hər hansı məlumatın olmadığını açıqlayıb.

 

Bu xəbər ilə bağlı
Tələbələrin dağıntı altından çıxarılması barədə məlumat yoxdur - SƏFİRLİK
Xəbəri oxu
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi