Modern.az

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Bakıda NATO-nun təlim kursu keçirilir - FOTO

Aktual

8 Fevral 2023, 12:24

Azərbaycan Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” mövzusunda təlim kursu keçirilir.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Milli Müdafiə Universitetində keçirilən təlim kursunda iştirakçılara brifinq təqdim olunub, mobil təlimin ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı ətraflı məlumatlar verilib.

 

Kurs müddətində "NATO və hərbi əməkdaşlıq", "NATO-da əməliyyatların planlama prosesi", "NATO-da əməliyyatların qiymətləndirilməsi", "NATO-da əməliyyatların analiz sistemləri və bunlara əhatəli yanaşma" və digər mövzularda brifinqlər təqdim olunacaq, eləcə də qeyd olunan mövzulara dair müxtəlif məşğələlər keçiriləcək.

 

Cari ilin fevral ayının 10-dək davam edəcək kursda Azərbaycan Ordusunun müxtəlif qoşun növlərindən olan hərbi qulluqçular iştirak edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!