Modern.az

Türkiyədə zəlzələyə görə seçkilər təxirə salınacaq?

Türkiyədə zəlzələyə görə seçkilər təxirə salınacaq?

8 Fevral 2023, 13:16

Türkiyədə baş vermiş zəlzələdən sonra 14 mayda keçirilməsi planlaşdırılan seçkilərin ertələnib-ertələnməyəcəyi müzakirə olunur.

 

Modern.az xəbər verir ki, "Bloomberg" nəşri bu barədə özəl mənbələrinə istinadən yazıb.

 

Nəşr bildirir ki, mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərini təxirə salınmayacaq.

 

"Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 7108 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 40 910 nəfərdir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu