Modern.az

Zelenski Londonda baş nazirlə görüşdü - YENİLƏNİB

Zelenski Londonda baş nazirlə görüşdü - YENİLƏNİB

8 Fevral 2023, 16:06

Böyük Britaniyanın baş naziri Rişi Sunak Vladimir Zelenskini qəbul etdiyini açıqlayıb.


Modern.az xəbər verir ki, Sunak tvitter hesabında Zelenski ilə hava limanında çəkilmiş şəklini əlavə edərək yazıb:

"Böyük Britaniyaya xoş gəlmisiniz, prezident Zelenski”.

Xarici mətbuat bildirir ki, Zelenski Sunakın Dauninq-stritdəki iqamətgahına gəlib.
 

Zelenski səfəri zamanı təkcə Sunak və Britaniya kralı ilə deyil, həm də müxalifətdəki Leyboristlər Partiyasının lideri Sayrus Starmer və İcmalar Palatasının sədri Lindsi Hoyl, eləcə də bir sıra digər Britaniya siyasətçiləri ilə görüşəcək.

***

Ukrayna prezidenti Vladimir Zelenskini aparan təyyarə Londonun Stansted hava limanına enib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna prezidenti Londona Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə gedib.

Zelenski Dauninq-stritə gedəcək, burada Böyük Britaniyanın baş naziri Rişi Sunakla görüşəcək, daha sonra parlamentdə çıxış edəcək.

O, ölkənin cənub-qərbinə gedəcək və Böyük Britaniyada təlim keçən Ukrayna hərbçiləri ilə görüşəcək.

Zelenski ilə görüşdən sonra Böyük Britaniyanın baş naziri Rişi Sunakın Ukrayna qoşunları üçün genişləndirilmiş təlim proqramını, eləcə də Kiyevə uzaqmənzilli silahların tədarükü ilə bağlı açıqlama verəcəyi gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir